Modern.az

Qənirə Paşayeva İğdırda media nümayəndələri ilə görüşüb - FOTO

Qənirə Paşayeva İğdırda media nümayəndələri ilə görüşüb - FOTO

Təhsil

17 Avqust 2013, 14:58

Modern.az xəbər verir ki, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, deputat Qənirə Paşayeva İğdırda mətbuat və media nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb.

Q. Paşayeva İğdıra səfəri çərçivəsində "Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıkdaş və "Güven" qəzetinin qəzetin baş redaktoru İsmail Arasla görüşüb.

Millət vəkili onlara Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib.

Q. Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

 

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj