Modern.az

“Rüstəm İbrahimbəyov canlı yayımla mitinqdə çıxış edəcək” – XƏBƏR

“Rüstəm İbrahimbəyov canlı yayımla mitinqdə çıxış edəcək” – XƏBƏR

Təhsil

17 Avqust 2013, 15:14

“Texniki imkanlar imkan versə, Rüstəm İbrahimbəyov birbaşa canlı yayımla mitinqə qatılacaq”. Bunu Modern.az-a açıqlamasında “El” hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev sabaha təyin olunan mitinqdə Rüstəm İbrahimbəyovun çıxışının nəzərdə tutlub-tutlmaması ilə bağlı cavab verərkən açıqlayıb. Onun sözlərinə görə bununla bağlı müzakirələr gedir. “Çox güman ki, texniki imkanlar buna imkan verməsə, müraciəti səsləndiriləcək. Texniki imkanlar versə, Rüstəm İbrahimbəyov canlı mitinqə qatılacaq. Bununla bağlı müzakirələr gedir”.

Mitinqə hazırlıq sırasında müəyyən maneçiliklə üzləşdiklərini deyən Eldəniz Quliyev təşkilatın ofisinin izlənildiyini bildirib. “Müəyyən maneçiliklər var. Rəsmi surətdə elan olundu ki, mitinqin baş tutacağı əraziyə gedən marşrutların sayı azaldılacaq. Mitinqdə iştirak edənlər total nəzarətə götürülüb. Bir neçə gündür ki, ofisimiz açıq-aşkar daxili işlər nazirliyinin adamları tərəfindən nəzarətə götürülüb. Hakimiyyət sərbəst toplaşmaq azadlığına hörmət etməlidir. Ən azından siyasi rəqiblərinə dözümlülük göstərməlidir. Bizə qarşı törədilən maneçiliklər hakimiyyətə baş ucalığı gətirmir”.         

 

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj