Modern.az

Ali məktəblərə qəbulun nəticələri bu gün açıqlanacaq

Ali məktəblərə qəbulun nəticələri bu gün açıqlanacaq

Təhsil

17 Avqust 2013, 15:34

Ali məktəblərə yerləşdimənin nəticələri bu gün açıqlanır. Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən bildirir ki, abituriyentlər bu il ilk dəfə olaraq yerləşdirmənin nəticələrinin elan olunması ilə bağlı məlumatları TQDK-nın Facebook səhifəsindən öyrənə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2013/2014-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 16-da saat 11:00-da başa çatıb.

Ali məktəblərə yerləşdirmənin nəticələri barədə məlumatı saat 17:00-dan sonra iş nömrənizi mobil telefonla 7727 nömrəsinə göndərməklə (bütün mobil operatorlardan) öyrənə biləcəksiniz

 

Aytən ƏLİYEVA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj