Müdafiə Nazirliyi antiterror tədbirləri ilə bağlı brifinq keçirib - CANLI

Müdafiə Nazirliyi antiterror tədbirləri ilə bağlı brifinq keçirib - CANLI

Aktual

19 Sentyabr 2023, 16:50

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə brifinq keçirib.

 

Modern.az xəbər verir ki, brifinqdə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri barədə məlumat verilib.

 

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna irəlilədi: Rusiya bir gündə şok itki verdi