Xankəndi erməni terrorçularından təmizlənəcək! - Sinan Oğan 

Xankəndi erməni terrorçularından təmizlənəcək! - Sinan Oğan 

19 Sentyabr 2023, 17:52

“Azərbaycan Qarabağda Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə lokal antiterror tədbirlərinə başlayıb”.
 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan tvitter sosial şəbəkəsində yazıb.
 

“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazisində “boz zonalar”  yaratmağa çalışan ermənilər bunun mümkün olmadığını başa düşməlidirlər. Türk milləti tamamilə Azərbaycanın tərəfindədir.

Xankəndi də daxil bütün ərazilər erməni terrorçularından təmizlənəcək. Zəngəzurda tarix öz axarına qayıdacaq”, - deyə Sinan Oğan yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna irəlilədi: Rusiya bir gündə şok itki verdi