Modern.az

İcma Borrellin qərəzli açıqlamasını rədd etdi

İcma Borrellin qərəzli açıqlamasını rədd etdi

Qərbi Azərbaycan

19 Sentyabr 2023, 17:56

Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrellin qərəzli açıqlamasını qətiyyətlə rədd edir.

 

Bu barədə Modern.az-a İcmadan bildirilib.

 

"Əslində C.Borrell xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi. C.Borrell belə mövqe ilə Avropa İttifaqını Azərbaycan cəmiyyətində gözdən salır".

 

İcma eyni zamanda, Fransa Xarici İşlər Nazirliyinin açıqlamasını da pisləyib:

 

"Əslində Fransa xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi.

 

Bundan başqa, 30 il ərzində Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırmayan, hətta həmin sənədlərə istinad edilməsinə qarşı çıxan Fransanın son vaxtlar tez-tez qurumun təcili iclasını çağırmaq niyyətinə düşməsi siyasi klounluğun göstəricisidir.

 

Fransa məsələlərə Azərbaycanofobiya, islamofobiya və dini təəssübkeşlik prizmasından baxmaq kimi mənəviyyatsız əməllərindən utanc hissi keçirməli və riyakarlığa son qoymalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı