Avqustun 18-də “Ədalət”partiyasının V qurultayı keçiriləcək. Bu barədə partiyadan Modern.az-a daxl olan məlumatda bildirilib. Partiyanın sədr müavini Mütəllim Rəhimovun sözlərinə görə, partiya sədrliyinə və orqanlarına yenidən seçkilər keçiriləcək. “Ədalətçilər” 9 oktyabr prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayacaqlar. “Sabahkı qurultayda seçki orqanlarının hesabatı olacaq. Yenidən partiya sədri seçiləcək. Mərkəzi və Ali məclis üzvləri yenidən seçiləcək. Eyni zamanda partiya 9 oktyabr seçkiləri ilə bağlı qərar verəcək. Qurultay nə qərar versə, o, istiqamətdə addım atacayıq.”-deyə M. Rəhimov bildirib.
Ali tədbirə “İslahat” blokunda təmsil olunan partiyaların rəhbərləri tədbirdə iştirak edəcək. Milli Şura və İctimai Palatadan isə heç kəs dəvət olunmayıb.
Vüqar İsmayılov