Modern.az

İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - 34 yaralı var

İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - 34 yaralı var

Dünya

20 Sentyabr 2023, 00:32

Ermənistan hökumətinin binası qarşısında polislə etirazçılar arasında yaşanan toqquşma zamanı 34 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Yaralananlardan 16-sının polis, qalanlarının mülki şəxs olduğu bildirilir. Yaralılardan biri deputatdır.

 

Polis bir çox aksiya iştirakçısını həbs edib.

 

***

22:54

 

Ermənistan hökumətinin binası yaxınlığında vəziyyət gərgin olaraq qalır. 

 

Modern.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.

 

Bildirilir ki, etirazçılarla polis arasında toqquşma olub. Erməni polisi meydana toplaşanları dağıtmaq üçün səs qumbaralarından istifadə edib. 

 

Ermənistan hökumətinin binası yaxınlığında polislə etirazçılar arasında toqquşma zamanı yaralananlar olub. Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb ki, həm etirazçılar, həm də polislərdən yaralananlar var, onlara hadisə yerində ilkin tibbi yardım göstərilib, bəziləri xəstəxanaya yerləşdirilib.

 

"ArmLur" nəşri yazır ki, hökumət binasının damında snayperlər yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi