Modern.az

İki jurnalistin qızları BDU-nun Hüquq fakültəsinə daxil oldu - FOTO

İki jurnalistin qızları BDU-nun Hüquq fakültəsinə daxil oldu - FOTO

17 Avqust 2013, 18:09

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 17-də elan edib.
Modern.az saytının xəbərinə görə, tanınmış jurnalistlər Xalid Kazımlı və Könül Şamilqızının övladları da III istisas qrupunda ali məktəblərə qəbul olunan abituriyentlər sırasındadır. Onların hər ikisi imtahanlarda 600-dən yuxarı bal toplamışdılar.

"Musavat.com” saytının redaktoru Xalid Kazımlının bildirdiyinə görə, onun qızı Fidan Asifli Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Fidan 660 bal toplamışdı.

Hazırda qardaş Türkiyədə - “TRT Türk”də çalışan jurnalist Könül Şamilqızının qızı Ülkər Əliyeva da Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Ülkər isə 685 bal toplamışdı.

A.Qorxmaz


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?