Modern.az

Təxribat nəticəsində həlak olan polis DƏFN EDİLDİ

Təxribat nəticəsində həlak olan polis DƏFN EDİLDİ

Ölkə

20 Sentyabr 2023, 10:34

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Seymur Mahmudov dəfn edilib.

 

Modern.az xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, S.Mahmudovun qəbrinə tər güllər düzülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi