Modern.az

Güneyli soydaşlarımızdan ordumuza DƏSTƏK

Güneyli soydaşlarımızdan ordumuza DƏSTƏK

20 Sentyabr 2023, 17:11

Xaricdə yaşayan Güney azərbaycanlı aktivistlər ermənilərin törətdiyi son təxribatlarla bağlı bəyanat yayıblar.

 

Modern.az xəbər verir ki, bəyanatda güneyli soydaşlarımızın hər zaman Azərbaycanın yanında olması qeyd olunb.

 

“Biz Güney Azərbaycan Türklərinin milli aktivistləri olaraq, Ermənistan dövlətini üçtərəfli anlaşmaya sadiq qalmağa, bu dövlətə bağlı bütün silahlı birliklərin bir an öncə Azərbaycan torpaqlarını tərk etmeyǝ səsləyirik. Eyni zamanda dünyanın bütün sülhsevər və ədalətli qüvvələrini isə Azərbaycana qarşı erməni təxribatını qınamağa, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsinə və bölgədə sülhün qorunması üçün çalışan Azərbaycan xalqını savunmağa çağırırıq. Bir daha bu haqlı mübarizədə Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu, əlimizdən gələn hər cür yardımı və dəstəyi əsirgəməyəcəyimizi bildirir, müzəffər ordumuza uğurlar diləyirik”,- deyə bəyanada qeyd olunub.

1281013

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi