"Üç ilə yaxındır, Ermənistan vaxt itkisinə səbəb olub".
Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
"Bundan sonra Azərbaycan tərəfi lokal antiterror tədbirlərini həyata keçirməyə məcbur olub. Bu gün artıq antiterror tədbirlərindən sonra razılıq əldə olunub. Növbəti mərhələdə Ermənistan Silahlı Qüvvələrinin Qarabağda qalan qalıqlarının tərksilah edilməsi həyata keçiriləcək”.