"Ermənistan Azərbaycana qarşı bir neçə dəfə hibrid müharibə aparıb".
Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
“Bu da diplomatik formada yürüdülən müharibələr idi ki, diasporlar da buraya cəlb edilmişdi. Lobbi də Azərbaycana qarşı hibrid müharibələrə cəlb edilmişdi. Bu məntiq bizə aydın deyil. Ermənistan hökumət olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, amma etdikləri, diplomatik addımlar bunun əksini deyir. Biz gələcəkdə fəal olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ümid bəsləyirik. Bununla da regionda stabil, uzunmüddətli sülh təmin ediləcək”.