Modern.az

Ərdoğan İlham Əliyevə zəng etdi - YENİLƏNİB

Ərdoğan İlham Əliyevə zəng etdi - YENİLƏNİB

Ölkə

21 Sentyabr 2023, 11:14

Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.

 

Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.

 

Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

 

***

20.09.2023 / 23:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Türkiyə lideri telefon danışığı zamanı İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra son vəziyyət ilə bağlı məlumat alıb.

 

Ərdoğan bir daha İlham Əliyevə Türkiyənin Azərbaycanı ürəkdən dəstəklədiyini bildirib.

 

Prezidentlər iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi