Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr regionda digər qardaş ölkələrə nümunədir.
Modern.az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen bildirib.
“30 il əvvəl Qarabağ işğal olanda biz birlikdə ağlayırdıq, indi isə vəziyyət dəyişib. Qarabağ işğaldan azad edilərkən birlikdə sevinirik”.
Türkiyəli nümayəndə heyətinin rəhbəri bildirib ki, dünya ölkələri miqrasiya sahəsində Türkiyəyə kömək etməlidir:
“Türkiyə dünyada qaçqınları qəbul edən birinci ölkədir. Ehtiyac var ki, miqrasiyya sahəsində ölkələr əməkdaşlıq etsin. Belə ki, bu problemlərlə bir ölkə məşğul ol bilməz. Daha sonra problem başqa ölkələrə də təsir edə bilər”.