Modern.az

Milli Qəhrəman və Qarabağ qazisi: Bu çox möhtəşəm qələbədir 

Milli Qəhrəman və Qarabağ qazisi: “Bu çox möhtəşəm qələbədir” 

22 Sentyabr 2023, 16:26

19 sentyabr səhər saatlarında başlayan antiterror tədbirlərinin ayın 20-si saat 13:00-da müəyyən şərtlər altında dayandırlması barədə razılıq əldə olunub.

Rəsmi Bakının təklif etdiyi kimi, ölkəmizin Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilib.


Milli Qəhrəman Ehtiram Əliyev Modern.az-a açıqlamasında antiterror tədbirlərinin vacibliyindən danışıb:
 



“Antiterror tədbirləri vacib idi, yerini tutudu. Şəhidlər onlar qürurumuzdur. Bu gün biz hamımız cənab Prezidentin, Ali Baş Komandanın əsgəriyik, onun ətrafındayıq. Hər birimiz Vətən naminə hər şeyi etməyə hazırıq. Bu borcumuzdur. Torpağımıza, vətənimizə canımız fəda”.
 

Qarabağ qazisi Rey Kərimoğlu isə ermənilərin Azərbaycan ərazisində yaşamaqlarının əleyhinə olduğunu bildirib:




“Şükürlər olsun ki, savaş başa çatdı. İki mərhələ oldu. 44 günlük müharibə və ondan sonrakı xırda döyüşlər, lokal antiterror tədbirləri. Düşmənin Qrabağdakı böyük qüvvələri məhv edildi, təslim oldular. Bu çox böyük, möhtəşəm qələbədir. 
Qarabağ ermənilərinin nümayəndələri görüş üçün Yevlaxa gəldilər. Onlara başa salındı ki, bundan sonra Qarabağda yaşamaq istəyənlər qala bilər, buna Azərbaycan dövləti mane olmayacaq. Amma Azərbaycanın tələblərinə, qaydalarına əməl edəcəklər. Azərbaycanda yaşayan digər azsaylı xalqlar kimi eyni hüquqlara malik olacaqlar. İstəməyənlər şələ-şülələrini yığıb getsinlərə.
Amma mən bir qazi, vətəndaş olaraq ermənilərin Xankəndidə qalıb yaşamalarının əleyhinəyəm. 
Çıxıb getsinlər. Onlar bizim xalqa zülm ediblər, bunu yazmaqla, danışmaqla izah etmək olmur. Bizə böyük faciələr yaşadıblar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər