Modern.az

Zori Balayan can verir...

Zori Balayan can verir...

Reportaj

21 Sentyabr 2023, 13:35

Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayan ölüm ayağında can verir.

Bu barədə internetdəki bəzi erməni mənbələrinin məlumatında bildirilir. Qeyd olunur ki, bir neçə il əvvəl ağır infarkt keçirən, daha sonra iflic olan, hərəkət qabiliyyəti və danışığını itirən Balayan canlı meyit kimidir.

Zori Balayanın II Qarabağ müharibəsi ərəfəsində iflic olduğu deyilir.

Bu səbəbdən də o, Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyəti və 3 il sonra Qarabağ separatçılarının ağ bayraq qaldırıb təslim olmasına münasibət bildirməkdə çətinlik çəkir.

Modern.az-ın məlumatına görə, hətta Ermənistanın özündə onun çoxdan öldüyünü düşünənlər var. Amma erməni mənbələri Zori Balayanın hələ ölmədiyini, ağır yataq xəstəsi olduğunu qeyd edir.

Ermənistan mənbələrinin məlumatına görə, 80-ci illədə Qarabağda separatçılığın alovlanmasında xüsusi rol oynamış 88 yaşlı Zori Balayanı ailəsi mətbuat önünə çıxarmaq istəmir.



Xankəndi şəhərində anadan olmuş Z.Balayan Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüsksarlaından və “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biridir.

O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.

1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.

Erməni yazar İqor Muradyan bir dəfə onun haqqında demişdi ki, İrəvanda çoxları Zori Balayanı avantürist hesab edirdi, çünki o, adi hadisələri tarixi əhəmiyyət kəsb edən kimi təqdim etməkdə “xüsusi qabiliyyətə” malikdir.

O, həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.



Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınmışdı.

Bununla əlaqədar, Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.

2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanılmış, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılmışdı.

Zori Balayan sonuncu dəfə 2021-ci ildə tert.am saytına qısa açıqlaması ilə gündəmə gəlib və sonra da itib-batıb.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur