Modern.az

Gələn il 2 milyard manata yaxın borc alacağıq

Gələn il 2 milyard manata yaxın borc alacağıq

İqtisadiyyat

21 Sentyabr 2023, 14:14

Azərbaycan 2024-cü ildə dövlət büdcəsinin 2 590 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, borclanma 1 854,4 milyon manat nəzərdə tutulur ki, bü da kəsrin 71,6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2024-cü ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 448 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 105 milyon manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı hesabına 182,6 milyon manat (həmin Fondun kəsirinin bağlanması daxilində) olmaqla maliyyələşdirilməsi planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi