Modern.az

Xarici mətbuat Yevlax görüşünü necə işıqlandırdı...

Xarici mətbuat Yevlax görüşünü necə işıqlandırdı...

21 Sentyabr 2023, 17:42

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.

 

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edib.

 

Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edib. Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.

 

Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.

 

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlaxda keçirilən görüş təkcə ölkə mediasında deyil, dünya mətbuatının da güdəmində idi.

 

Belə ki, dünyanın müxtəlif nüfuzlu nəşrləri bu gün Yevlaxda baş tutan görüşü işıqlandırıb.

 

Türkiyənin “Anadolu" agentliyi “Azərbaycan rəsmiləri və Qarabağdakı ermənilərin nümayəndələri görüşüblər” adlı məqalə dərc edib. Bununla bərabər Tükiyənin nüfuzlu mətbu nəşrləri də tarixi görüş haqqında ictimaiyyəti məlumatlandırıb.

 

Rusiyanın TASS agentliyi  “Yevlaxda Azərbaycanın hakimiyyət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüş başlayıb” başlığı ilə tarixi görüşü işıqlandırıb.

 

Nüfuzlu  “New York Times” nəşri “Qarabağda təslim olduqdan sonra ermənilərin taleyi müzakirə edilir” adlı xəbər dərc edib.

 

“Reuters” isə Azərbaycana silahları təhvil verməzən əvvəl Qarabağ ermənilərinin zəmanət axtarışında olduğunu yazıb.

 

“Daily sabah” nəşri də  “Azərbaycanda atəşkəsdən sonra Qarabağ separatçıları ilə görüş keçirilir” başlığı ilə hadisəni işıqlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi