Modern.az

Erməni komandir: “Gedin Nikola deyin ki, Qarabağı necə satıbsa, elə də qorusun”

Erməni komandir: “Gedin Nikola deyin ki, Qarabağı necə satıbsa, elə də qorusun”

22 Sentyabr 2023, 09:08

Ermənistanın bəzi KİV-ləri Qarabağda “Kyox” ləqəbi ilə tanınan qanunsuz erməni hərbi birləşməsinin komandiri Karen Calavyanın Azərbaycana təslim olmayacağı və əsgərləri ilə sona qədər döyüşəcəyi barədə xəbərlər yayıb.
 

Modern.az xəbər verir ki, “Hraparak” qəzetinin əməkdaşı bu xəbərlərə aydınlıq gətirməsi üçün Karen Calavyanı axtarıb taparaq onunla əlaqə saxlayıb.
 

K.Calavyan erməni jurnalistə kobud cavab verib: “Gedin Nikola deyin ki, Qarabağı necə satıbsa, elə də qorusun”.
 

Jurnalistin ondan hərbçi kimi hansı addımları atacağını, bu söz-söhbətlərin doğru olub-olmadığını soruşması Calavyanı daha da hiddətləndidib:

“Erməni xalqına Qarabağ lazım deyilmiş, hamısı bu qədər”.

K.Calavyan Ermənistyanın keçmiş prezientlərinin davranışlarına da hirsləndiyini biruzə verib:
 

“İstəyirsiz Nikola deyin, Köçəryana deyin, Serjikə deyin… Kimin günahkar olduğunu bilmirəm, mən hərbçiyəm, işimi görmüşəm”.

Karen Calavyan əsəbi halda bu qısa söhbətdən sonra jurnalistdən daha sual verməməyi tələb edərək, telefonu qapadıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı