Modern.az

Bakıda sürücüyə qarşı soyğunçuluq edildi

Bakıda sürücüyə qarşı soyğunçuluq edildi

Aktual

22 Sentyabr 2023, 09:47

Bakıda sürücüyə qarşı soyğunçuluq edilib.

 

Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

 

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi