Modern.az

6 yeni bağça fəaliyyətə başladı

6 yeni bağça fəaliyyətə başladı

Təhsil

22 Sentyabr 2023, 10:23

Bu il ərzində 6 yeni inşa edilmiş məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bu məktəbəqədər təhsil müəssisələri Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 100 yerlik 13 və 14 nömrəli uşaq bağçası, Laçın rayonunda 140 yerlik 6 nömrəli körpələr evi-uşaq bağçası, Ağalı kəndində 60 yerlik uşaq bağçası, Talış kəndində 15 yerlik uşaq bağçası, İsmayıllı şəhərində 100 yerlik 4 nömrəli uşaq bağçası və Ağsu rayonu Növcü kəndində 60 nəfərlik uşaq bağçasıdır.

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin tikinti və təmiri istiqamətində tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu