Modern.az

Sabah Azərbaycana payız fəsli daxil olur

Sabah Azərbaycana payız fəsli daxil olur

Ölkə

22 Sentyabr 2023, 14:10

2023-cü ildə Payız fəsli Azərbaycana 23 sentyabr saat 10:49-da daxil olacaq. 

 

Modern.az xəbər verir ki, bu zaman Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində Payız fəsli, Cənub yarımkürəsində isə Yaz fəsli başlayacaq. Həmin gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.

 

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama