Modern.az

Daha bir neçə jurnalistin övladı ali məktəbə daxil olub

Daha bir neçə jurnalistin övladı ali məktəbə daxil olub

19 Avqust 2013, 16:56

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayandan sonra sevinənlər sırasında jurnalistlər də var.

Modern.az-ın məlumatına görə, Söz Azadlığını Müdafiə Fondunun eksperti, jurnalist Nəzirməmməd Zöhrablının qızı ali məktəbə daxil olub. N.Zöhrablı bildirib ki, qızı Aygül Quliyeva qəbul imtahanında IV ixtisas qrupu üzrə 622 bal toplayaraq tələbə adını qazanıb. Aygül Azərbaycan Tibb Universitetinə daxil olub. 

Digər tanınmış jurnalist Aydın Canıyevi də qızı sevindirib. A.Canıyev qızının ali məktəbə daxil olmağının sevincini belə bölüşüb:  “Anam həmişə deyir sizi oxutdum. Nəhayət... gözlədiyim gün gəlib çatdı, "xəcalətindən" çıxdım: adını qoyduğum qızım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsinə qəbul olundu”.

Daha bir jurnalist ailəsinin də bu günlərdə sevinci yerə-göyə sığmır. Söhbət İctimai Televiziyanın aparıcısı Vəsilə Vahidqızı ilə "Mediaforum" saytının redaktoru Hikmət Sabiroğludan gedir. Belə ki, onların oğlu Tural Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunub.

Yazar-jurnalist, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalının da oğlu bu ali məktəbə daxil olan gənclər sırasındadır. Əkbər Qoşalının oğlu Əsgər yüksək nəticələrlə Turizm İnstitutunun tələbəsi adını qazanıb.

Bundan öncə jurnalistlər Xalid Kazımlı və Könül Şamilqızının övladlarının Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunduğu barədə xəbər vermişdik.

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi