Modern.az

“Litva Azərbaycanı etibarlı tərəfdaş hesab edir” - Fuad Muradov

“Litva Azərbaycanı etibarlı tərəfdaş hesab edir” - Fuad Muradov

Parlament

20 Avqust 2013, 09:46

Litva Respublikasının diplomatik əməkdaşlarının adı ilə bağlı  bu yaxınlarda baş vermiş qalmaqal bu ölkənin özündə də ciddi etiraz doğurub. Qeyd edək ki, internetdə Litva XİN-in iki əməkdaşının Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə apardıqları müzakirənin səs yazısında bu “diplomatlar”ın münaqişə barədə birtərəfəli və erməni tərəfinin mövqeyini müdafiə etmələri ciddi  qalmaqalla müşayət olundu. Litva prezidenti məsələ ilə bağlı münasibət bildirərək “bu bizə dərs oldu” deyə bəyanat verdi.  Elə Vilnüsun siyasi dairələrində bu  diplomatik körafəhimlik ciddi narazılqıla qaşılanıb. Litvanın tanınmış siyasi icmalıçısı  Arvidas Banolis “Lizinos”qəzetində yazdığı məqaləsində litvalı diplomatların bu açıqlamalarını iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq cəhdi kimi qiymətləndirib. Diplomatlardan birinin ermənilərə rəğbətini “xrisitan təəsübkeşliyi” ilə əlaqələndirməsini biabırçlıq adlandıran Banolis qeyd edib ki, indi dünya “xaç yürüşləri”dövrünü yaşamır. Daha sonra siyasi icmalçı Azərbaycanın tarixi ərazilərinin sovet vaxtı zorla Ermənistana verilməsini qeyd edərək yazıb ki, litvalı diplomatarın Vilnüslə yüksək münasibətlər saxlayan Bakının siyasi tarxinə belə təhrifli yanaşması anlaşılmazdır və Litva diplomatiyasında “qara ləkədir”. 

Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır

Qeyd olunan qalmaqala baxmayaraq Azərbaycan –Litva münasibətləri çox yüksək səviyyədədir və hər iki ölkə strateji sahələrdə əməkdaşlıq imkanlarını daim inkişaf etdirirlər.

Milli Məclisin Azərbayacan-Litva parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Fuad Muradov iki ölkə arasında olan münasibətləri şərh edib:

“Azərbaycan və Litva arasında həm dövlət səviyyəsində, həm də parlament səviyyəsində çox gözəl münasibətlər qurulub. Ölkələrimiz arasında münasibətlərin çox yaxşı olduğunu nümayiş etdirən xeyli nümunələr vardır. Bunlardan ən parlaq olanı Azərbaycan prezidenti cənab İlham Əliyevin 2007-ci il sentyabr ayında Litvaya rəsmi səfəridir. Bundan əlavə müxtəlif illərdə Bakıya rəsmi səfərə gəlmiş Litvanın iki prezidentinin, baş nazirinin və digər rəsmilərinin ardıcıl səfərləri münasibətlərin yüksək olmasının sübutudur. Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır və müxtəlif səviyyələrdə inkişaf edir. Bu il Litvanın baş naziri və xarici işlər nazirinin  Azərbaycana səfəri  bu dialoqun yüksək səviyyəsinin göstəricisi hesab etmək olar”.

Ölkələrimiz arasında imzalanmış sənədlərin bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildiyini deyən deputat qeyd edib ki, Litva və Azərbaycan arasında turizm, iqtisadiyyat, informasiya texnologiyaları və humanitar sahədə əməkdaşlığa dair 31 sənəd imzalanıb.

“Litva Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımları yüksək dəyərləndirir”

Bu ilin iyulundan Litva Avropa İttifaqı Şurasına rəhbərlik edəcək. Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında fəal iştirak edən Azərbaycan Vilnüslə birgə bu interqasiyada öz töhfələrini verəcək.
“Litva Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımları yüksək dəyərləndirir. Bu məqsədlə biz 2013-cü ilin noyabr ayında Vilnüsdə Aİ üzvlərinin və Şərq tərəfdaşlığı layihəsinin iştirakçısı olan ölkələrin sammitində iştirak edəcəyik. Litvalı  rəsmilərlə  görüşləri zamanı onlar Litvanın  Avropa İttifaqının xarici energetika siyasətini tərəfdaş ölkələrlə daha yaxşı əlaqələndirəcəklərinə ümid etdiklərini bildirirlər”.

Litvanın  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edən F. Muradov bildirib ki, Vilnüs Cənubi Qafqazda dondurulmuş münaqişələrin bu regionun inkişafına mane olduğunu anlayır.

“Litva ATƏT-də sədrlik edən dövrdə Cənubi Qafqaz regionunda münaqişələrin tənzimlənməsinə köməyini göstərib. Vilnüsdə belə hesab edirlər ki,  Avropa İttifaqı  ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin möhkəmlənməsi münaqişələrin tənzimlənməsi üçün yeni imkanlar yaradır və regionda sabitliyi möhkəmlədir. Litva ATƏT-in Minsk qrupunun danışıqlar aparmaq səylərini dəstəkləyir, tərəflərin mövqelərini yaxınlaşdırmağa, münaqişənin tənzimlənməsinin və dinc və davamlı həllini tapmağa çalışır”.

“100-dən çox azərbaycanlı tələbə Litva universitetlərində təhsil alıb”

İki dövlət arasında ikitərəfli əlaqələrin sıx dostluq əlaqələrinə söykəndiyini deyən F.Muradov qeyd edib ki,  Litva ilə Azərbaycan  hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə komissiya uğurla fəaliyyət göstərir: Komissiyanın fəaliyyəti iki ölkə arasında əməkdaşlıq üçün  çox vacibdir. Litva informasiya texnologiyaları müəssisələri Azərbaycanda maliyyə, mobil texnologiyalar, tədqiqatlar və digər sektorlarda öz həllərini artıq indi uğurla tətbiq edirlər.

“Ölkələrimiz  arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlıq tədricən daha fəal inkişaf edir. Bu sırada Heydər Əliyev Fondunun və onun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini vurğulamaq lazımdır. Hər iki ölkədə bizim rəssamların sərgiləri, ifaçıların konsertləri təşkil edilir. Təhsil sahəsində də səmərəli əməkdaşlıq edilir.  Keçən tədris ilində  100-dən çox azərbaycanlı tələbə Litva universitetlərində təhsil alıb”.

“İki ölkənin parlamentləri arasında da çox yaxşı işgüzar münasibətlər formalaşıb” 

Deputatın sözlərinə görə, iki ölkənin parlamentləri arasında da çox yaxşı işgüzar münasibətlər formalaşıb.  Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin 2009-cu il mayın 14-də Litvaya rəsmi səfəri bu

yüksək səviyyəli əlaqələrin bariz sübutudur. Səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar, dövlətimizin başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

2011-ci ilin aprelində Milli Məclisin təsdiq etdiyi Azərbaycan- Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu  Litva Seymində 21 deputatdan ibarət Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupu ilə fəal əməkdaşlıq edir. Bu qruplar parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan və Litva beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarına, insan ticarətinə, qanunsuz silah alverinə və bu kimi beynəlxalq ictimaiyyəti narahat edən hallara qarşı mübarizədə fəal iştirak edirlər.

“Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr daha da genişlənir, indi münasibətlərimiz strateji tərəfdaşlıq zirvəsinə qədər yüksəlib. Litvada Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər”-deyə işçi qrupunun rəhbəri sonda qeyd edib.  


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...