Modern.az

Qənirə Paşayevanın əmisi mediaya ÇAĞIRIŞ ETDİ

Qənirə Paşayevanın əmisi mediaya ÇAĞIRIŞ ETDİ

24 Sentyabr 2023, 13:22

Xəbər verdiyimiz ki, Milli Məclisin deputatı Qənirə Paşayeva komaya düşüb. Mərkəzi Klinik Xəstəxanada onun müalicəsi davam etdirilir.

 

Millət vəkilinin vəziyyəti stabil ağırdır. Onun dərmandan komaya düşdüyü bildirilib.

 

Deputatın əmisi Qəzənfər Paşayev Modern.az-a açıqlamasında media mənsublarına çağırış edib.

 

O qeyd edib ki, ötən gecədən çoxlu zənglər gəlir.

 

"Kim nə deyir, yazırlar, bu, doğru deyil. Doğru olan həkimlərin dediyidir. Mən sadəcə mediadan xahiş edirəm ki, doğru olanları yazsınlar. Kimdən nə eşitdilər, yazmasınlar. Mən hər kəsə təşəkkür edirəm. Camaat axın-axın gəlir. Görünür ki, onun işinə hörmət, sevgi var. Maraqlanan, gələn hər kəsə təşəkkür edirəm. Ancaq xaiş edirəm, doğru olan məlumatları yazasınız”, - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi