Modern.az

Yelkənli idman növünün qalibləri mükafatlandırıldı - FOTO

Yelkənli idman növünün qalibləri mükafatlandırıldı - FOTO

İdman

24 Sentyabr 2023, 23:07

Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) QSC-nin dəstəyi ilə "SFA Federasiya Kuboku 2023" yarışları keçirilib.

 

Modern.az xəbər verir ki, yarışlar, Optimist, ILCA və Windsurf sinifləri üzrə 22-24 sentyabr tarixləri arasında  “Ramada by Wyndham Baku” sahilində yerləşən SFA yelkən mərkəzində baş tutub.

 

Tədbirdə, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhimdar Cəmiyyəti sədrinin müavini  Zaur Nağıyev və federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni çıxış edib.

 

Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov çıxış nitqində deyib: “Belə gözəl gənclərin iştirakı ilə  bu idman növünün yaşadılması təbii ki, hər birimizin  qürurudur. Azərbaycan Yelkəncilər Federasiyasının Burcu xanım başda olmaqla, bütün məşqçilərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü yarışda təbii ki, öz şücaətini göstərən gəncləri təbrik edirəm. Onlara cansağlığı və uzun ömür arzu edirəm.  Arzu edirəm ki, Azərbaycan bayrağını dünyanın müxtəlif yerlərində keçirilən tədbirlərdə dalğalandırsınlar”.

 

Daha sonra söz Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhimdar Cəmiyyəti sədrinin müavini  Zaur Nağıyevə verilib: “Xüsusi olaraq qalib gələn idmançıları təbrik edirəm. Qalib gəlməyən idmançılar pis olmasınlar. Bu fürsətdir. Növbəti  mərhələdə  idman yarışaları  olacaq. Orada sizə müvəffəqiyyət arzu edirəm. Ümid edirəm ki, orada daha yaxşı nəticə göstərə biləcəksiniz. Xəzər Dəniz Gəmiçiliyi idmana, ümumiyyətlə, korparativ sosial   məsuliyyət çərçivəsində  dəstək göstərir.  bizə ən yaxın idman növlərindən olan  Yelkən idmanıdır. Biz bu idman növünə dəstək göstərməkdə maraqlıyıq.  Bundan qürur duyuruq. Federasiyanın və bizim dəstəyimizlə idmançılarımız bayrağımızı nəinki yerli məşqlərdə, beynəlxalq yarışlarda da göylərə qaldıracaqlar”.  

 

Mükafatlandırma mərasimində Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə avropa çempionatına qatılan milli yığmacılar, cari il üzrə yay məktəbi iştirakçıları, komandaya yeni seçilən idmançılar, "SFA Federasiya Kuboku 2023"ün qaliblərinə kubok, diplom və sertfikatlar təqdim olunub.

 

Modern.az-ın müxbiri qaliblərin təəssüratlarını öyrənib:

 

İLCA 6-cı sinif üzrə 1-ci yerə çıxan Murad Hacı-zadə təəssüratlarını saytımızla bölüşüb: “2016-cı ildən yelkənli idman növü ilə məşğul oluram. Hazırda Azərbaycan çempionatı 5,6 və bazar günləri  daxil olmaqla 3 gün davam etdi.  Yarış zamanı müəyyən çətinliklər oldu. Bütün  çətinliklərə baxmayaraq, birinci yeri qazandım.  Uşaqlarda qəşəng  motivasiya vardı. Hamı bu yarışları böyük həvəslə gözləyirdi. Bir çox məşqlər keçirdik. Bundan sonra da  yarışlar olacaq”.

 

İLCA 4-cü sinif üzrə birinci yerə çıxan Fidan Ağazadə ikinci dəfə çempion olduğunu, ilk dəfə qələbə qazandığını söyləyib: “ 7 ildir ki, bu idman növü ilə məşğul oluram. Dəfələrlə, Azərbaycan  çempionatında iştirak etmişəm. Hazırlıq prosesi  yayda beşinci günlər olur, qışda isə şənbə və bazar günləri məşq edirik.  Daha çox fitnes və üzgüçülük edərək özümüzü gücləndirməyə çalışırq. Növbəti yarışlar xarici ölkələrdə olacaq. Ən böyük   arzumuz bayrağımızı zirvələrdə dalğalandırmaqdır.

 

Optimist sinif üzrə 1-ci yerə çıxan Furkan Mustafayev: “2019-cu ildən bu idman növü ilə məşğul oluram. İki dəfə Azərbaycan çempionatında iştirak etmişəm. İkinci çempionatda birinci yeri tuta bildim. Yayda 5-ci günlər, qışda isə şənbə-bazar  hazırılıq edirdik. Biz üzgüçülük və fitneslə də məşğul  oluruq.  Bundan sonra Türkiyənin Bodrum şəhərində yarışa qatılacam”.

 

"Windsurf" üzrə birinci yerin sahibi Elnur İsgəndərov oyunun onun üçün maraqlı olduğunu bildirib:

 

“Yarış maraqlıydı. Külək biraz daha güclü olsa, daha həyacanlı olardı. Hazırlıq prosesi çətin olsa da, hər şeyin üstəsindən gəldik. Qarşıda çox böyük yarışlar var. Hər ay dünyanın müxtəlif ərazilərində yarışlar olur. Gələcəkdə bu yarışlara qatılıb Azərbaycan bayrağını dalğalandırmaq olar. Ölkəmizdə bu idman növünə çox böyük dəstək var. Hər il keçdikcə də dəstək artır”.

 

Qeyd edək ki, "SFA Federasiya Kuboku” 6-cı ildir ki, ənənəvi şəkildə həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi