Modern.az

Qiymətləndiricilərin intizam məsuliyyəti müəyyənləşir

Qiymətləndiricilərin intizam məsuliyyəti müəyyənləşir

25 Sentyabr 2023, 11:03

Qiymətləndiricilərin intizam məsuliyyəti müəyyənləşib.


Modern.az xəbər verir ki, bu barədə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun  layihəsində qeyd olunub. 

 

Qanun layihəsinə görə, qiymətləndirici tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunvericiliyinin və qiymətləndiricinin etik davranış qaydalarının tələbləri pozulduqda  İntizam Komissiyasının rəyi əsasında Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti qiymətləndiriciyə aşağıdakı intizam tənbehi tədbirlərindən birini tətbiq edə bilər:


22.1.1. töhmət;
22.1.2. 3 (üç) aydan 1 (bir) il müddətinədək qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnun dayandırılması.
22.2. Bu Qanunun 22.1-ci maddəsində göstərilmiş intizam tənbehi tədbirlərindən hər hansı biri tətbiq olunmadan qiymətləndiriciyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.
22.3. Qiymətləndirici haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən 6 (altı) ay, törədildiyi gündən isə 1 (bir) il müddətində tətbiq edilir.
22.4. Barəsində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnun dayandırılması haqqında qərar qəbul edilmiş qiymətləndirici həmin müddətdə Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinə və Qiymətləndiricilərin İntizam Komissiyasına üzv seçilə bilməz. 
22.5. Qiymətləndirici intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə qərardan məhkəməyə şikayət verə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi