Modern.az

Binəqədidə 6 otaqlı ev yandı

Binəqədidə 6 otaqlı ev yandı

Hadisə

25 Sentyabr 2023, 12:36

Bakıda 6 otaqlı evdə yanğın olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri