Modern.az

Astarada torpaq sürüşməsi - Yol bağlandı

Astarada torpaq sürüşməsi - Yol bağlandı

Hadisə

25 Sentyabr 2023, 13:54

Astara rayonunda torpaq sürüşməsi olub.

 

Modern.az xəbər verir ki, Astaranın Şiyəkəran kəndində baş verən torpaq sürüşməsi 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub. Belə ki, çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol tamamilə bağlanıb.

 

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Əraziyə yaxınlaşmaq qadağan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər