Modern.az

Aydın Abbasov danışdı: “Deputatlıqdan əsla getmək niyyətim yoxdur”

Aydın Abbasov danışdı: “Deputatlıqdan əsla getmək niyyətim yoxdur”

Parlament

20 Avqust 2013, 12:06

Milli Məclisin deputatı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun oğlu Aydın Abbasov deputat mandatında imtina edəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Modern.az saytına açıqlama verən Aydın.Abbasov mandatından imtina etmək niyyətində olmadığını vurğulayıb:

“Mən elə bir adam deyiləm ki, xalqın, millətin, Konstitusiyanın mənə verdiyi bu məsuliyyəti düşünmədən, cənab prezidentin sabahki qələbəsini arzulayan insan kimi deputat mandatımı heç bir əsas olmadan təhvil verim. Bu haqda yayılan xəbər cəfəngiyyatdır, nəyə görə təhvil verməliyəm axı? Yalandır, mənim belə bir fikrim yoxdur”.

Deputat həmçinin səhhətində heç bir problemin olmadığını diqqətə çatdırıb.

“Səhhətimə gəlincə, maşallah hər şey yaxşıdır, problem yoxdur. Bunu nəyə görə yazıblar bilmirəm. Bəzi insanlar qara yaxmaqla, ləkələməklə nə əldə etmək istəyirlər, anlamıram. Bunlar provakasiyadır. Məm deputat mandatından imtina etmək niyyətində deyiləm. Tam mübariz olmalıyıq. Qarşıdakı prezident seçkilərinin qalibi olacaq dövlət başçısı cənab İlham Əliyevin qələbəsini o yazıları sifariş edənlərlə birgə qeyd edəcəyik”-deyə A.Abbasov haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Qeyd edək ki, bu gün mətbuatda millət vəkili Aydın Abbasovun deputat mandatında imtina edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...