Modern.az

Bankların xalis mənfəəti artıb

Bankların xalis mənfəəti artıb

26 Sentyabr 2023, 09:48

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724.2 milyon manat xalis mənfəət əldə edib.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 22.9% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru 589.4 milyon manat xalis mənfəət əldə edib.

 

Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25.2% artaraq 1064 milyon manata bərabər olub.

 

2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi