Modern.az

İTV-də dəyişiklik: Qərənfil Xəlilova direktorluqdan çıxıb

İTV-də dəyişiklik: Qərənfil Xəlilova direktorluqdan çıxıb

20 Avqust 2013, 13:35


İTV baş direktoru Cəmil Quliyevin kadr islahatı davam edir. Modern.az-ın əldə etdiyi məlumata görə, bu dəfə “Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Qərənfil Xəlilova işdən çıxıb. Məlumatda bildirilir ki, Q.Xəlilova öz ərizəsilə bu vəzifədən imtina edib. O, bundan sonra “Carçıfilm” Yaradıcılıq Birliyinin direktor müavini vəzifəsində çalışacaq.
“Carçıfilm” Yaradıcılıq Birliyinə hələki yeni direktor təyin olunmayıv. Faktı İTV-dən də təsdiqləyiblər.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi