Modern.az

Xankəndiyə 40 ton un və gigiyenik vasitələr GÖNDƏRİLDİ

Xankəndiyə 40 ton un və gigiyenik vasitələr GÖNDƏRİLDİ

26 Sentyabr 2023, 11:30

Sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama