Dünyada çox böyük geosiyasi vəziyyət hökm sürür.
Modern.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel “Heydər Əliyev və Türk dünyası” adlı I paneldə bildirib.
“Amma buna baxmayaraq bu vəziyyət Türk Dünyası üçün çox böyük fürsətlər irəli sürür. Belə ki, tarixdə ilk dəfə olaraq Türk ölkələri könüllü olaraq bir araya gəlir. Bildirim ki, Heydər Əliyev də hər zaman gənclərin fəaliyyətinə çox önəm verirdi. Onun Türk dünyası üçün gördüyü işləri yüksək qiymətləndiririk”, - o qeyd edib.