Modern.az

Söyüdlüdəki zavodun fəaliyyətini bərpa etməsinin şərtləri AÇIQLANDI

Söyüdlüdəki zavodun fəaliyyətini bərpa etməsinin şərtləri AÇIQLANDI

26 Sentyabr 2023, 15:32

Müvafiq tövsiyə və tapşırıqlara uyğun olaraq “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın sentyabrın 26-da keçirilən iclasında bildirilib.

 

Baş nazir Əli Əsədov yaxın günlərdə Komissiya tərəfindən Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivinin sakinləri, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi və əhalini narahat edən məsələlərin həlli, eyni zamanda görüləcək işlərlə bağlı tapşırıqlar verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi