Modern.az

Deputat müharibə iştirakçıları ilə görüşdü - FOTOLAR

Deputat müharibə iştirakçıları ilə görüşdü - FOTOLAR

Parlament

26 Sentyabr 2023, 20:18

Deputat Azay Quliyev Şəhid ailələri, Qazilər və müharibə iştirakçıları ilə görüş keçirib. 

 

Bu gün deputat Azay Quliyev Binəqədi Gənclər Evinin akt zalında 44 Günlük Vətən müharibəsi Şəhidlərinin "Anım Günü" münasibətilə bir qrup Şəhid ailələri, Qazilər və və müharibə iştirakçıları ilə görüş keçirib. 

 

Görüşdə qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Deputat Azay Quliyev bildirib ki, Vətən müharibəsinin və anti-terror tədbirlərinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam və qəti olaraq bərpa edilib.

 

Bu tarixi və şərəfli Zəfərin əsas qəhrəmanları olan Şəhidlərimiz və qazilərimiz heç vaxt unudulmayacaq, Şəhidlərimizin ailə üzvləri və qaziləri hər zaman dövlətin daim diqqət və qayğısını hiss edəcək. Bu baxımdan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın fəalliyəti hamımız üçün ən gözəl nümunədir. 

 

Vətən müharibəsi dövründə olduğu kimi bundan sonra da milli birliyimizi və həmrəyliyimizi davam etdirməli və "Dəmir Yumruq" ətrafında daha sıx birləşməliyik".

 

Sonra deputat tədbir iştirakçılarını narahat edən məsələləri dinləyib və onların həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi