Modern.az

Laçın yolu çökdü – FOTO

Laçın yolu çökdü – FOTO

27 Sentyabr 2023, 17:20

Son günlər Qarabağdan gedən ermənilərin hərəkət etdiyi Xankəndi-Laçın yolunda asfalt örtüyü çöküb.

Modern.az-ın məlumatına görə, bunu əks etdirən fotoşəkil sosial mediada yayılıb.

Hadisənin başvermə səbəbi barədə məlumat verilməyib.

Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 22 km təşkil edir və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr təşkil edir.

Azərbaycan Respublikasının büdcəsi hesabına inşa olunan Xankəndi-Laçın yolu 2022-ci ildə istifadəyə verilib. 

Qeyd edək ki, Qarabağ ermənilərinin axını ilə əlaqədar hazırda Xankəndi-Laçın yolunda böyük tıxac yaranıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü