Modern.az

\"Bazarstore\" mağazasının nəzarətçisi BIÇAQLANIB

\

28 Sentyabr 2023, 12:38

Ötən gün mağazadan oğurluq edən zaman onları saxlamaq istəyən nəzarətçini bıçaqlayan şəxslər tutulub.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Samir Süleymanov və 1992-ci il təvəllüdlü Təbriz Tahirov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalarla onların narkotik aludəçisi olduqları məlum olub.

 

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

 

Araşdırma aparılır.

 

Qeyd edək ki, ötən gün Nizami rayonu, Özbəkistan küçəsində yerləşən "Bazarstore" mağazasından 240 manat dəyərində olan beş qutu şokoladı oğurlamaq istəyən şəxslər onları tutmağa çalışan nəzarətçi Rahil Nəsiblini bıçaqlayaraq hadisə yerindən qaçıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu