Modern.az

Sabiq deputat federasiya prezidenti SEÇİLDİ

Sabiq deputat federasiya prezidenti SEÇİLDİ

28 Sentyabr 2023, 14:24

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında prezident seçkiləri keçirilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, bu gün baş tutan növbədənkənar ümumi yığıncaqda Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə federasiyanın yeni prezidenti seçilib.

 

Firdovsi Umudov və Mirsəməd Mövsümzadə isə vitse-prezident vəzifəsinə seçiliblər.

 

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə federasiyanın adının dəyişdirilməsi də qərara alınıb. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası kimi qəbul olunacaq.

 

Yeni prezident Kamran Nəbizadə çıxış edərək, qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yeni seçilən federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan 24 saatlıq əməliyyat: 880 rus əsgəri məhv edildi