Modern.az

\"İnciməsin deyə anası məktəbə qucağında aparırdı\" - 18 yaşlı şəhidimiz Samrad

\

29 Sentyabr 2023, 11:40

19-20 sentyabr tarixlərində baş tutan lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizdən biri də Samrad Eynəliyevdir.

 

O, 8 yanvar 2005 - ci ildə Astara rayonu Şəmətük kəndində anadan olub. 2010 - 2020 - ci illərdə X. Şəkərov adına Tüləküvan kənd tam orta məktəbində təhsil alıb. 2023-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağrılmışdı.

 

Modern.az bildirir ki, kənd sakinləri onun vətənpərvərliyi ilə diqqət çəkdiyini bildirir.

 

Samrad ailənin iki oğlunun böyüyü idi. Yaxınları deyir ki, anası kiçik yaşlarında inciməsin deyə oğullarını qucağında məktəbə aparardı, onların qayğılarını həll edirdi.

 

"Böyük oğlu Samradı təntənə ilə hərbi xidmətə yola saldılar. Xidmətdən sonra ailəsi onu evləndirəcəkdi. Kiçik oğlu isə bu il Lənkəran Dövlət Universitetinə qəbul olub", - kənd sakinlərindən biri deyir.

 

Şəhid doğulub boya - başa çatdığı Şəmətük kəndində 22 sentyabr tarixində torpağa tapşırılıb.

 

1283849

1283847

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər