Modern.az

İsa Qəmbər jurnalistlə dava etdi: “Dünyanın heç yerində belə jurnalistika yoxdu" - VİDEO

İsa Qəmbər jurnalistlə dava etdi: “Dünyanın heç yerində belə jurnalistika yoxdu" - VİDEO

Reportaj

21 Avqust 2013, 13:27

Milli Şuranın 19 avqust sessiyasından sonra qurumun liderləri - Müsavat başqanı İsa Qəmbər və “El” hərkatının sədri Eldar Namazov jurnalistlər üçün brifinq keçiriblər. Modern.az-ın xəbərinə görə, həmin brifinqdə “Bizim yol” qəzetinin tanınmış müxbiri Natiq Cavadlı ilə İsa Qəmbər arasında mübahisə yaşanıb.

İsa Qəmbər ona sual verən jurnalisti qeyri-etik davranmaqda ittiham edərək, “dünyanın heç yerində belə jurnalistika yoxdu" deyib.

Bu mübahisənin yer aldığı video sosial şəbəkələrdə yerləşdirildikdən sonra ciddi müzakirə olunur. Milli Şuranın çoxsaylı tərəfdarları jurnalist Natiq Cavadlını ittiham etməyə başlayıblar. Bəziləri hətta irəli gedərək N.Cavadlının ünvanına təhqiramiz ifadələr işlədib.

Müsavatçı gənclər isə Facebook-dakı müzakirələrdə "jurnalist brifinqdən çıxandan sonra biz onun dərsini verdik" deyə qeyd ediblər.

Modern.az jurnalistdən olayla bağlı açıqlama almaq istəyib. N.Cavadlı ona yönəlmiş ittihamlara hələ cavab verməyərək, “hələki susuram, gözləyirəm...” deməklə kifayətlənib.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI