Modern.az

Azərbaycan polisi “Biz və bizim dağlar” abidəsinin yanında - Xankəndinin girişi - VİDEO

Azərbaycan polisi “Biz və bizim dağlar” abidəsinin yanında - Xankəndinin girişi - VİDEO

Reportaj

29 Sentyabr 2023, 10:18

19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra Qarabağın dağlıq ərazisindəki yaşayış məntəqələrində təmizləmə işləri aparan Azərbaycan Ordusu və polisi addım-addım dairəni qapadır.

Modern.az xəbər verir ki, bu gün Azərbaycan polisi Qarabağdakı məşhur “Biz və bizim dağlar” adlı abidənin yaxınlığında görüntülənib.

Qeyd edək ki, adıçəkilən abidə Xankəndinin girişində - şəhərin şimal hissəsində yerləşir. Abidə 1967-ci ildə ucaldılıb.

Ermənilər “Biz və bizim dağlar” abidəsini qondarma “Dağlıq Qarabağ Respublikası”nın simvolu kimi təqdim edir, ondan öz siyasi məqsədləri üçün yararlanırdılar. Separatçılar “Nənə və baba” adlandırdıqları abidə ilə subut etməyə çalışırdılar ki, guya bu torpaqlar əzəldən onlara məxsus olub.


Artıq “Biz və bizim dağlar”ın başının üstünü alan qara bulud çəkilib və o da azaddır.
 

A.Qorxmaz
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var