Modern.az

Şimali Kipr prezidentindən Qənirə Paşayeva PAYLAŞIMI

Şimali Kipr prezidentindən Qənirə Paşayeva PAYLAŞIMI

29 Sentyabr 2023, 10:20

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı diləyib.

 

Modern.az xəbər verir ki, bu barədə prezident  "X" hesabında paylaşıb.

 

"Azərbaycanın və türk dünyasının yorulmaz müdafiəçisi, Şimali Kipr Türk Respublikasının aşiqi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Allah Qənirə Paşayevaya rəhmət eləsin. Ailəsinə və yaxınlarına başsağlığı diləyirəm", - deyə E.Tatar yazıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi