Modern.az

Qənirə Paşayeva Azərbaycanın sevimli qızı, İsrailin əziz dostu idi - Səfir

Qənirə Paşayeva Azərbaycanın sevimli qızı, İsrailin əziz dostu idi - Səfir

29 Sentyabr 2023, 10:38

İsrailin Azərbaycandakı səfiri Corc Dik Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat  "X" hesabında paylaşıb.

 

"Millət vəkili Qənirə Paşayevanın itkisinə görə çox kədərlənirəm. O, Azərbaycanın sevimli qızı, İsrailin əziz dostu idi. İsrail səfirliyi və şəxsən öz adımdan onun ailəsinə, Milli Məclisə və həyatına toxunan hər kəsə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin",- deyə o yazıb. 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi