Xəbər verdiyimiz kimi, bir neçə gün Xankəndi şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Modern.az bildirir ki, partlayış zamanı ölən və yaralananların dəqiq sayı hələ də məlum deyil.
Ermənilərə məxsus teleqram kanalları rəsmilərə istinadən yazıb ki, partlayış zamanı 300-ə yaxın şəxs yaralanıb.
Ermənistanın "24News" portalı bu gün yazırb ki, Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb. Ölənlərin sayı barədə rəsmilər dəqiq məlumat verməyib. Ermənilərin teleqram kanalları və mətbuatı fərqli rəqəmlər barədə məlumat yayıb.
Azərbaycan hökuməti hadisə ilə əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
Rusiya sülhməramlı qüvvələrinin helikopter ekipajları partlayışda ölənlərin tibbi təxliyəsini həyata keçirib. “Ümumilikdə 42 sanitar uçuş həyata keçirilib, bu uçuşlar zamanı 258 nəfər Rusiya sülhməramlı qoşunlarının xüsusi təyinatlı tibb dəstəsinin hərbi həkimləri tərəfindən təxliyə edilib”, - Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında deyilir.