Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
Modern.az xəbər verir ki, bunu diplomat “X” hesabında yazıb.
"Qənirə Paşayeva qısa sürən bütün ömrünü xalqına fədakar xidmətə, eləcə də onun xarici ölkələrlə əlaqələrinin möhkəmləndirməsinə həsr etdi. Qənirə xanım Özbəkistanda layiqli hörmət qazanmışdı. Onun ailəsinə, yaxınlarına və parlamentin rəhbərliyinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”,- deyə o yazıb.