Modern.az

Prezidentdən Azərbaycana qarşı olanlara mesaj - Səbrimizlə oynamayın

Prezidentdən Azərbaycana qarşı olanlara mesaj - Səbrimizlə oynamayın

Ölkə

29 Sentyabr 2023, 15:46

Sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışıb, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib:

 

“Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama