Modern.az

Bayraktarın şirkəti Ukraynaya 100 milyon yatırım edəcək

Bayraktarın şirkəti Ukraynaya 100 milyon yatırım edəcək

30 Sentyabr 2023, 19:50

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən “Baykar” şirkəti Ukraynada PUA istehsalı müəssisəsinin tikintisinə 100 milyon dollar sərmayə qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyevdə keçirilən müdafiə sənayesi forumunda “Baykar”ın baş direktoru Haluk Bayraktar bildirib.

 

"Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq və proses artıq başlayıb. Artıq tikinti işlərinə başlanılıb. Bunu başa çatdırmaq üçün təqribən il yarım vaxt lazımdır”, – türkiyəli iş adamı qeyd edib

 

Xatırladaq ki, ötən il Ukraynada “Bayraktar” PUA istehsalı üçün zavod tikilməsi barədə razılıq əldə olunub.

 

Sentyabrın 29-da Kiyevdə Beynəlxalq Müdafiə Sənayesi Forumu işə başlayıb. Burada 26 ölkədən 165 şirkət iştirak edir. Forumdan bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq, Britaniya və Fransanın müdafiə nazirləri Qrant Şapps və Sebastyan Lekornu Kiyevə gəliblər . Fransanın müdafiə nazirini Fransanın 20 müdafiə şirkətinin nümayəndələri müşayiət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri