“Bəzi ölkələrin nümayəndələri siyasi səbəblərdən Azərbaycana səfər etmək istəmirdilər”.
Modern.az xəbər verir ki, bunu IAF prezidentinin parlament və nazirlərlə əlaqələr üzrə xüsusi müşaviri Dominik Tilmans bildirib.
“Mən onları başa düşürəm, amma bildirməliyəm ki, kosmos insanlıq xeyrinə əməkdaşlıq etmək üçün yerdir. Ona görə də bu sahədə birgə işləməliyik. Qeyd edim ki, mənim həm Azərbaycandan, həm də Ermənistandan dostlarım var. Cənubi Qafqaz ölkələri ilə çox yaxşı münasibətlərimiz var. Düşünürəm ki, biz bu platforma ilə çox yaxşı işlər görə bilərik”, - deyə o çıxışında bildirib.